"Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu Elvin Yunuszadə özünə yeni klub tapıb.
Presssport.az xəbər verir kİ, 34 yaşlı mərkəz müdafiəçisi I Liqa təmsilçisi “İmişli”yə keçib.
O. bölgə klubuyla cari mövsümün sonunadək müqavilə imzalayıb.
"İmişli" hazırda 35 xalla 3-cü pillədə qərarlaşıb və lider "Qaradağ Lökbatan"dan 1 xal geri qalır.
Xatırladaq ki, milllimizin də sabiq üzvü olan Yunuszadə "Neftçi" və "Qarabağ"dan başqa, “Simurq”, “Sabah”, “Səbail”, “Çelik”(Bosniya və Herseqovina), “Şkupi”(Şimali Makedoniya), “Şamaxı”, “Kəpəz"də oynayıb. Onun son klubu da I Liqa təmsilçisi - bu mövsümün ilk yarısında forma geyindiyi “İrəvan” olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC