“Aprelin 8-dən hazırlığa başlamışıq. Toplanışa cəlb olunan futzalçıların əksəriyyəti gənclərdi. Futzalımız yeni eranın başlanğıcındadı, heyətdə debüt edənlər var. Həmin futzalçıların oyun praktikası az olsa da, hər biri gələcək vəd edir. Təlim-məşq toplanışının əsas məqsədi oyunçularımızın fiziki və taktiki durumunu yaxşılaşdırmaqdı”.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, bunu millimizin kapitanı Emin Kürdov deyib.
40 yaşlı futzalçı millinin Gürcüstanla keçirəcəyi yoxlama oyunları barədə də fikirlərini bölüşüb: “Düşünürəm ki, belə matçlarda nəticə önəmli olmur, əsas praktikadı. Çalışacağıq ki, həmin oyunlardan maksimum yararlanaq, təcrübəmizi artıraq. Bizi qarşıda Avropa çempionatının görüşləri gözləyir. Çalışacağıq ki, həmin matçlara qədər komanda tam gücünü bərpa etsin”.
Xatırladaq ki, futzal millimiz aprelin 14-də və 16-da Tiflisdə Gürcüstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC