"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasına qələbə ilə başlayıb

Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündəki ilk oyununda Macarıstan təmsilçisi "Uypeşt"ə qalib gəlib.

 

Presssport.az xəbər verir ki, Polşadakı "Prezero Arena"da baş tutan turnirin əsas mərhələsinin I turunun görüşü təmsilçimizin 5:4 hesablı qələbəsi ilə bitib.

 

"Qırmızı-ağlar"ın heyətində Oktay Rüstəmli het-trik edib. Digər qolları isə Fərid Ələkbərov və Kənan Manafov vurublar.

 

Komanda növbəti oyununu sabah Bosniya və Herseqovinanın "Buba Mara" kollektivinə qarşı keçirəcək. Sözügedən matç saat 17:30-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC