"Rəqib müqavimət göstərməyi bacardı" - "Araz-Naxçıvan"ın məşqçisi 6:0 udduqları matç haqda

"Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq üçün mübarizə apardıq. Birinci hissə gərgin keçdi. Rəqib müqavimət göstərməyi bacardı".

Presssport.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın məşqçisi Zaur İsmayılov Azərbaycan kubokunun II təsnifat mərhələsi çərçivəsində bu gün "Şimal"la keçirilən oyunla bağlı danışarkən deyib.

O, I Liqa klubuna 6:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib: "Fasilədə müəyyən tapşırıqlar verdik və ikinci hissədə nəticəsini gördük. Komanda daha çox hərəkət etdi və yaradılan imkanları dəyərləndirməyi bacardı. Oyunun gedişində çalışdıq ki, digər matçlarda meydana çıxmayan futbolçulara da şans verək. "Şimal" komandasını da yaxşı mübarizəyə görə təbrik edirəm".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC