“Beşiktaş”dan TFF-yə sərt etiraz

“Beşiktaş” klubu “Qalatasaray” - “Fənərbağça” derbisindən (2:1) sonra baş verən kütləvi davaya münasibət bildirib. 

 

Presssport.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə Futbol Federasiyasını (TFF) və oyunun yayımçısını ikili standartlarda ittiham edib. Klub bununla bağlı bəyanat yayıb.

 

“Beşiktaş” bir neçə həftə əvvəl futbolçusu Duşan Vlahoviçin hərəkətinin dəfələrlə və müxtəlif rakurslardan yayımlandığını xatırladıb. Klubun sözlərinə görə, bu görüntülər futbolçunun diskvalifikasiya olunmasına zəmin yaradıb.

 

İstanbul təmsilçisi son derbidəki kütləvi dava zamanı isə yayımçının ümumi planlara keçərək hadisələri göstərməkdən yayındığını bildirib.

 

“Beşiktaş”dan söhbət gedəndə niyə yaxın planlardan istifadə olunur, digər klubların iştirakı ilə baş verən insidentlər isə ümumi planlarla ört-basdır edilir?” - deyə bəyanatda qeyd olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC