UEFA Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyunda "Buba Mara" ilə qarşılaşacaq

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ikinci matçını keçirəcək.

 

Presssport.az-ın məlumatına görə, Naxçıvan təmsilçisi Bosniya və Herseqovinanın "Buba Mara" komandası ilə üz-üzə gələcək.

 

Qarşılaşma Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da, saat 17:30-da start götürəcək.

Görüşü İqor Yaçevic (Latvia), Viktor Çaix (Fransa) və Daniele Dadamodan (San Marino) ibarət hakimlər briqadası idarə edəcək. Matçın "timekeeper"i Dominik Lorke (Polşa), hakim-inspektoru Sven Eyxler (Almaniya), UEFA nümayəndəsi isə Marina Kirilyuk (Ukrayna) olacaq.

 

Qeyd edək ki, "Araz-Naxçıvan" yer aldığı V qrupda keçirdiyi ilk matçda Macarıstan təmsilçisi "Uypeşt"i 5:4 hesabı ilə məğlub edib. Komanda qrupdakı son matçını oktyabrın 30-da Polşa təmsilçisi "Piast"a qarşı keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC