La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat

La Liqa “Real”ın hücumçusu Kilian Mbappenin Çin lideri Mao Tszedunla bağlı açıqlamasından sonra çinli azarkeşlərdən üzr istəyib.

 

Presssport.az xəbər verir ki, İspaniya çempionatının mətbuat xidməti bununla bağlı bəyanat yayıb.

 

Bəyanatda Mbappenin fikirlərinin şəxsi mövqeyini əks etdirdiyi və La Liqanın mövqeyi ilə əlaqəli olmadığı vurğulanıb. Qurum həmçinin açıqlamanın çinli azarkeşləri təhqir etməsindən təəssüfləndiyini bildirib.

 

La Liqa Çin xalqına və qurumlarına hörmətini ifadə edərək yaranmış vəziyyəti həll etmək üçün ölkədəki tərəfdaşları və rəsmi qurumlarla əməkdaşlıq etdiyini açıqlayıb.

 

Xatırladaq ki, buna Mbappenin müsahibələrinin birində sevimli internet memindən danışması səbəb olub. Futbolçu üzünün qrafik redaktə vasitəsilə Çin lideri Mao Tszedunun üzərinə yerləşdirildiyi təsviri xatırladıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC