Azərbaycan Kuboku: 1/8 finala yüksələn daha iki komanda müəyyənləşib

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha iki oyunu keçirilib.

 

Presssport.az xəbər verir ki, "Qəbələ" I Liqa təmsilçisi "Mingəçevir"i 3 cavabsız qolla məğlub edib.

 

II Liqada çıxış edən "Kür-Araz" isə "Sumqayıt"a böyük hesabla uduzub - 0:11.

 

Qələbə qazanan hər iki komanda adını 1/8 finala yazdırıb.

 

Xatırladaq ki, II təsnifat mərhələsinin bu gün keçirilən oyunlarında "Araz-Naxçıvan" "Şimal"ı 6:0, "Marafon" isə "Zaqatala"nı 1:0 hesabı ilə məğlub edib.

 

Ümumilikdə bu raunda oktyabrın 29-da yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC