Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatını mükafatsız başa vurub.

 

Presssport.az-ın məlumatına görə, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Bağdat Sabazla üz-üzə gəlib.

 

Rəqibinə 5:8 hesabı ilə məğlub olan H.Cəfərov beşinci yerlə kifayətlənib.

 

Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC