"Sabah" klubunun basketbolçusu Frenki Fidler FIBA Çempionlar Liqasında həftənin oyunçusu seçilib

"Sabah" klubunun basketbolçusu Frenki Fidler FIBA Çempionlar Liqasının 2026/2027 mövsümünün IV həftəsinin ən yaxşı oyunçusu seçilib.

 

Presssport.az Bakı klubuna istinadən xəbər verir ki, amerikalı basketbolçu azarkeşlər arasında keçirilən səsvermədə rəqiblərini geridə qoyaraq "Player of the Week" nominasiyasında qalib seçilib.

 

F.Fidler bu ada oktyabrın 27-də Fransanın "Nanter 92" komandası ilə qarşılaşmada nümayiş etdirdiyi parlaq oyun sayəsində namizəd olub.

 

Təmsilçimizin 87:80 hesablı qələbəsi ilə başa çatan görüşdə Fidler 18 xal, 5 ribaund, 5 məhsuldar ötürmə və 2 topalma ilə yadda qalıb. Basketbolçunun effektivlik göstəricisi 21 olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC