Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub

Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub.

 

Presssport.az-ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qolları Enrike Silva (28), Joralem Santos (30, 37) rəqib qapısından keçiriblər. Bakı təmsilçisinin heyətində isə Coy Lens Mikels (70) və Ksander Severina (87) fərqləniblər.

Ehtiyatda daha bir oyunu olan "Sabah" 20 xalla birinci pillədə qərarlaşıb. Qərb təmsilçisi isə 10 matçdan sonra 18 xalla dördüncüdür.

 

Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC