"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

"Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının cari mövsümündə mübarizəni dayandırıb.

 

Presssport.az-ın məlumatına görə, Naxçıvan təmsilçisi əsas mərhələnin V qrupunda son matçını Polşanın "Piast" komandasına qarşı keçirib.

 

Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da baş tutan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Azərbaycan çempionu qrupu 3 xalla başa vurub.

 

Qeyd edək ki, ilk görüşdə Macarıstanın "Uypeşt" komandasına 5:4 hesabı ilə qalib gələn "Araz-Naxçıvan" II turda Bosniya və Herseqovina təmsilçisi "Buba Mara"ya uduzub - 3:5.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC