“Barselona”nın sabiq yarımmüdafiəçisi və keçmiş baş məşqçisi, hazırda Niderland millisinə rəhbərlik edən Xavi Hernandes, Ronaldinyonun Kataloniya klubundakı çıxışını xatırlayıb.
Presssport.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, braziliyalı sabiq futbolçunun komandaya böyük təsir göstərdiyini bildirib:
“Ronaldinyo bizə çox kömək etdi. Yadımdadır, düşünürdüm ki, artıq qələbə qazanmaq bizim üçün daha asandır, çünki dünyanın ən yaxşı futbolçusu bizimlədir. O, düşüncə tərzimizi dəyişdi. Komandadakı hər kəs böyük ruh yüksəkliyi yaşayırdı. Bütün futbol dünyası onun meydanda etdiklərindən danışırdı və onun sayəsində biz yeni səviyyəyə yüksəldik”.
Ronaldinyo 2005-ci ildə “qızıl top” mükafatını qazanıb. 2008-ci ildə isə “Barselona”dan ayrılaraq “Milan”a keçib.
”Barselona” “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Komandalar arasında görüş 25 noyabrda, Bakıda keçiriləcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC