Aprelin 20-də Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti Konfransı keçirilib.
Presssport.az ACF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-in prezidenti Rəşad Nəbiyev, Konfrans üzvləri və digər rəsmilər iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.
Nəbiyev açılış çıxışında federasiyanın əsas məqsədinin cüdonun hərtərəfli inkişafı və kütləviləşdirilməsinin olduğunu bildirərək, ötən müddət ərzində ölkədə cüdo idman növü ilə məşğul olanların sayının 50%-dən çox artaraq 18 min nəfəri keçdiyini vurğulayıb. O, xüsusilə qız idmançılarının sayının artdığını qeyd edib.
Federasiya prezidenti bildirib ki, klublar və milli komandalar səviyyəsində idmançıların hazırlığının yüksək səviyyədə təmin edilməsi ilk növbədə ölkədə məşqçiliyin keyfiyyətinin artırılması ilə əlaqədardır. Bu baxımdan Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə qarşılıqlı əməkdaşlıq nəticəsində bu istiqamətdə görülən işlər mühüm əhəmyyət kəsb edir.
O, əldə edilən nailiyyətlərin və uğurların təməlində ölkə rəhbərliyinin idmana, o cümlədən cüdo idmanına verdiyi hərtərəfli dəstəyin durduğunu vurğulayıb.
Qayıbov çıxışında ACF-in son illərdəki fəaliyyətini müsbət qiymətləndirərək xüsusilə yarışların beynəlxalq standantlara cavab verəcək formada təşkil edilməsini, cüdonun kütləviləşdirilməsi istiqamətində görülən işləri qeyd edib.
Daha sonra, iclasın gündəliyinə uyğun olaraq, ACF-in baş katibi Rəşad Rəsullu tərəfidən 2022-23-cü illər üzrə fəaliyyət hesabatı təqdim edilib. Hesabat Konfrans üzvləri tərəfindən təsdiq edilib.
ACF-in 2024-28-ci illər üçün strategiyası iclas iştirakçılarına təqdim edilib və səsvermə ilə qəbul edilib. Bundan başqa, Federasiyanın 5-ci redaksiyada Nizamnaməsi təsdiq edilib.
Bildirilib ki, Raqif Abbasov ACF İcraiyyə Komitəsindəki səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı müraciət edib. Onun yerinə İcraiyyə Komitəsi üzvlüyünə Rəşad Rəsullunun namizədliyi təklif edilib və qəbul edilib.
Onun ACF-nin icraçı vitse-prezidenti seçilməsi təklif olunub və o, Federasiya üzvləri tərəfindən bu vəzifəyə təsdiq edilib.
Daha sonra ACF-in Nəzarət-Təftiş Komitəsinin üzvlərinin və sədrinin seçilməsi üçün səsvermə keçirilib. Mövlüd Mirəliyev, Ləman Kərimli və Orxan Əsədov Komitə üzvləri kimi təsdiq edilib. Mirəliyev Konfrans tərəfindən Komitənin sədri təyin edilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC