“Turan” voleybol klubu Tovuzda keçiriləcək Çempionlar Liqası oyununun biletlərini təqdim edib.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 10-da “Turan” klubu doğma meydanda Bolqarıstanın “Maritsa Plovdiv” komandası ilə qarşılaşacaq.
Saat 18:00-da başlayacaq görüş Tovuz Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Klub azarkeşlər üçün biletləri ödənişsiz təqdim edir. Artıq əldə olunması mümkün olan biletləri Tovuz Olimpiya İdman Kompleksinə yaxınlaşaraq götürmək olar.
Biletlər yalnız şəxsiyyət vəsiqəsi əsasında təqdim ediləcək. Saxta biletlərin hazırlanmasının və biletlərin digər şəxslərə ötürülməsinin qarşısını almaq məqsədilə onların üzərində xüsusi holoqram yerləşdiriləcək.
Azarkeşlərə vaxt itirmədən Tovuz Olimpiya İdman Kompleksinə yaxınlaşaraq biletlərini əldə etmələri tövsiyə olunur.
Xatırladaq ki, tərəflərin ilk görüşündə “Turan” rəqibini 3:0 hesabı ilə məğlub edib. Komanda cavab qarşılaşmasında uğurlu nəticə qazanaraq qrup mərhələsinə vəsiqə qazanmağı hədəfləyib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC