PFL-dən boykot edilən oyunla bağlı açıqlama: "Bununla bağlı yekun qərar..."

Peşəkar Futbol Liqasının (PFL) Media və Marketinq direktoru Sənan Abdullayev Azərbaycan 1-ci Liqasının 7-ci turunun baş tutmayan “Mingəçevir” – “Şahdağ Qusar” matçı ilə bağlı açıqlama verib.

Presssport.az xəbər verir ki, S.Abdullayev saytına bildirib ki, meydan sahibi komanda təyin olunmuş vaxtda stadiona gəlməyib: “Prosedura uyğun olaraq, oyun vaxtı təyin olunub. Rəqib komanda və matçın təşkilinə cavabdeh olan şəxslər müəyyənləşdirilmiş vaxtda stadionda olublar. Meydan sahibi “Mingəçevir” komandası təyin olunmuş vaxtda stadiona gəlməyib. Əsasnaməyə uyğun olaraq, 30 dəqiqə gözlənilib və matç baş tutmamış hesab olunub. Bununla bağlı yekun qərar İntizam Komitəsinin səlahiyyətindədir”.

Qeyd edək ki, “Mingəçevir”in futbolçuları uzun müddətdir maaşlarını ala bilmədiklərinə görə oyuna çıxmaqdan imtina ediblər. Bu səbəbdən komandaya texniki məğlubiyyət veriləcəyi gözlənilir (qol.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC