Bölgə klubu liderlə oyunu boykot etdi

I Liqanın 7-ci turunda bu gün keçirilməli olan “Mingəçevir” - “Şahdağ Qusar” matçı baş tutmayıb.

Presssport.az xəbər verir ki, turnir cədvəlinə başçılıq edən qonaq komanda meydana çıxsa da, ev sahiblərinin futbolçuları matçı boykot edib.

Buna səbəb onların uzun müddətdir maaşlarını ala bilməmələridi. Futbolçular etiraz əlaməti olaraq meydana çıxmaqdan imtina edib.

Beləcə saat 15:00-da başlamalı olan qarşılaşma keçirilməyib. “Mingəçevir”ə texniki məğlubiyyət verilməsi gözlənilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC