Rafinya UEFA Çempionlar Liqasında Neymar və Rivaldonu geridə qoyub

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.

 

Presssport.az xəbər verir ki, 29 yaşlı hücumçu buna "Aston Villa"nı məğlub etdikləri (3:0) Liqa mərhələsinin IV turunun oyununda nail olub.

 

Görüşdə dubl edən braziliyalı forvard Kataloniya təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində vurduğu qolların sayını 23-ə çatdırıb.

 

O, həmvətənləri Rivaldo (22) və Neymarı (21) geridə qoyub.

 

"Barselona" forması ilə UEFA Çempionlar Liqasında Rafinyadan daha çox qol vuran yalnız iki futbolçu var. Bunlar Luis Suares (25) və Lionel Messidir (120).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC