"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb

İspaniyanın "Valensiya" klubunun ümumi maliyyə borcu 592,8 milyon avroya çatıb.

 

Presssport.az "AS" nəşrinə istinadən xəbər verir ki, borcun artmasına səbəb "Nou Mestalya" stadionunun tikintisinin bərpası olub.

 

Məbləğin 93 faizi (551,84 milyon avro) uzunmüddətli borcların payına düşür. Bunun təxminən 42 milyon avrosu iş adamı Piter Limlə bağlı götürülən kreditlərdir.

 

İspaniya təmsilçisinin əvvəlki maliyyə ilini 320 min avro xalis mənfəətlə başa vurduğu bildirilib.

 

Qeyd edək ki, "Valensiya" La Liqada 12 turdan sonra 9 xalla 19-cu pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC