“Turan Tovuz”un qapıçısı Oleq Baklov Tacikistan millisinin heyətinə dəvət olunub.
Presssport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. 32 yaşlı qolkiper baş məşqçi İqor Angelovski tərəfindən “King’s Cup 2026” beynəlxalq turniri üçün yekun heyətə daxil edilib.
Qeyd edək ki, Tacikistan millisi noyabrın 14-dən 19-dək Tailandın Sisaket şəhərində keçiriləcək turnirdə iştirak edəcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC