Qadın voleybolçulardan ibarət "Turan" klubu CEV Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.
Presssport.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstanın "Maritsa" kollektivini qəbul edəcək.
Görüş Tovuz Olimpiya İdman Kompleksində saat 18:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunda "Turan" səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edib. Tovuz klubu cavab qarşılaşmasında da qələbə qazanacağı təqdirdə, CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC