“Sassuolo” Alberto Akvilani ilə yollarını ayırıb.
Presssport.az xəbər verir ki, klubun məlumatına görə, qərar komandanın A Seriyasında ardıcıl 5-ci məğlubiyyətindən sonra qəbul edilib.
11 turdan sonra 8 xalı olan “Sassuolo” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Klubun açıqlamasında Akvilaniyə və onun məşqçi heyətinə peşəkarlıqlarına və işə sadiqliklərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.
Qeyd edək ki, Akvilani 2026-cı ilin iyunundan komandaya rəhbərlik edirdi .“Sassuolo” növbəti matçını A Seriyasının 12-ci turunda “Cenoa”ya qarşı keçirəcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC