"Şəxsən mən "Qızıl top" Mbappeyə və ya Yamala verərdim"

"Real"ın və İspaniya millisinin sol cinah müdafiəçisi Mark Kukurelya Harri Keynin ("Bavariya") "Qızıl top" mükafatını qazanmasına münasibət bildirib.

 

Presssport.az xəbər verir ki, 28 yaşlı futbolçu ingiltərəli forvardın mükafatı qazanmasına təəccübləndiyini deyib:

 

"Bunun ədalətsiz olduğunu deyə bilmərəm. Çünki Keynin statistikasına nəzər salsaq, onun həqiqətən də möhtəşəm bir mövsüm keçirdiyini görərik. Lakin şəxsən mən bu mükafatı Mbappeyə və ya Yamala verərdim. Bir azarkeş kimi, məhz bu oyunçuları izləmək üçün ekran qarşısına keçərdim. Yəni, söhbət Keynin buna layiq olmamasından getmir. Sadəcə olaraq etiraf etməliyəm ki, onun qələbəsi məni bir az təəccübləndirdi".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC