"Arsenal"ın yarımmüdafiəçisi Maks Daumen İngiltərənin 21 yaşadək futbolçulardan ibarət millisinin tarixində ən gənc oyunçu olub.
Presssport.az xəbər verir ki, 16 yaşlı futbolçu Portuqaliya U-21 komandası ilə yoldaşlıq görüşündə debüt edib.
O, meydana 16 yaş 10 ay 13 günlük olarkən çıxıb. Qarşılaşma İngiltərə millisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Beləliklə, Maks Daumen İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Cud Bellinqemin rekordunu yeniləyib. Bellinqem İngiltərə U-21 millisində debütünü 17 yaş 2 ay 6 günlük olarkən etmişdi.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC