Karyerasında qola səbəb olan 38-ci səhv

Canluici Donnarumma karyerası ərzində qola səbəb olan 40-a yaxın səhvə yol verib.

 

Presssport.az xəbər verir ki, İtaliya millisinin qapıçısı Millətlər Liqasının 5-ci turunda Fransa ilə keçirilən matçın 10-cu dəqiqəsində topu meydanın mərkəzindən yerlə ötürməyə çalışıb.

 

Lakin cinah oyunçusu Maykl Olise topu ələ keçirərək müdafiəçini aldadıb və dəqiq zərbə ilə hesabı açıb.

 

Bu, Donnarummanın rəqibin qol vurmasına səbəb olan 38-ci səhvi olub. Canluici bu səhvlərdən 31-ni klub səviyyəsində, 7-ni isə İtaliya millisinin heyətində edib.

 

Xatırladaq ki, Donnarummanın bu mövsüm yol verdiyi səhvlər artıq “Mançester Siti”nin qapısına qollar vurulmasına səbəb olub. Belə hallar, məsələn, “Leyptsiq”, “Aston Villa” və “Koventri” ilə oyunlarda qeydə alınıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC