"Bavariya"nın futbolçusu hələ də "Real"ın maraq dairəsindədir

“Bavariya”nın hücumameyilli yarımmüdafiəçisi Maykl Olise hələ də “Real"ın maraq dairəsindədir.

 

Presssport.az xəbər verir ki, 24 yaşlı fransalı futbolçunun Münhen klubu ilə müqaviləsi 30 iyun 2029-cu il tarixinədək qüvvədədir. Artıq müqavilənin uzadılması ilə bağlı danışıqlar aparılır.

 

 “Real" isə vəziyyəti yaxından izləyir və Olise də bundan xəbərdardır.

 

L’Équipe nəşrinin məlumatına görə, Olise hər dəfə Fransa millisinin düşərgəsinə qoşulduqda Kilian Mbappe və İbrahima Konate ona “Real"da futbol oynamağın nə qədər gözəl olduğunu danışırlar.

 

Ötən yay “Bavariya” rəhbərliyi Oliseni heç bir halda satmayacağını, hətta 500 milyon avroluq təklifin belə qərarlarını dəyişməyəcəyini bildirmişdi.

 

Lakin futbolçunun müqaviləsinin bitməsinə iki il qaldığını nəzərə alsaq, tərəflər yeni razılığa gələ bilməsələr, Münhen klubu gələn yay Oliseni daha aşağı məbləğə buraxa bilər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC