Azərbaycan karateçiləri beynəlxalq turnirdə 23 medal qazanıblar

Azərbaycan karateçiləri Gürcüstanda keçirilmiş WKF üzrə "Tbilisi Open-2026" beynəlxalq turnirində 23 medal qazanıblar.

 

Bu barədə Presssport.az-a Azərbaycan Karate Federasiyasından məlumat verilib.

 

Ölkə təmsilçiləri yarışda 9 qızıl, 2 gümüş və 12 bürünc mükafata sahib çıxıblar.

 

Turnirdə yeddi ölkədən yeniyetmə, gənc və böyüklər arasında 600 idmançı iştirak edib. Azərbaycanı hakim qismində Mehman Əlirzayev və Murad Hacızadə təmsil ediblər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC