Qazaxıstan millisi UEFA Millətlər Liqasının C Liqasında növbəti oyununa çıxıb.
Presssport.az xəbər verir ki, komanda evdə Slovakiya ilə üz-üzə gəlib. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qazaxıstan - Slovakiya - 2:2
Qollar: Çesnokov, 29; Vorogovski, 65 - Bojenik, 56, Kapralik, 90+5
Qazaxıstan millisinə dəvət alan “Sabah”ın qapıçısı Stas Pokatilov da bu oyunun iştirakçısı olub. O, meydana start heyətində çıxıb və görüşü əvəzolunmadan keçirib.
Qeyd edək ki, bu nəticədən sonra Qazaxıstan millisi 3 xalla qrupda dördüncü, Slovakiya isə 12 xalla birincidir.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC