AFFA-nın baş katibi Cahangir Fərəcullayev “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevi nümunə göstərib.
Presssport.az xəbər verir ki, milli assosiasiya rəsmisi futbola sərmayə qoyuluşu baxımından Quliyevi fərqləndirib: “O, imkanların olduğunu gördü və işə başladı. Bizə hər bölgədə Ehtiram Quliyev kimi insanlar lazımdı. “Şahdağ-Qusar” ikinci “Turan Tovuz” ola bilər. “Gəncəbasar” klubunda da yaxşı iş aparılır. Başa düşmək lazımdır ki, bizim liqalarda klubların əksəriyyəti praktiki olaraq pul qazanmır. Dövlət dəstəyi dayandırılsa, klub futbolumuz uçuruma yuvarlanacaq və klub yarışlarında təxminən Gürcüstan səviyyəsində olacağıq”.
Xatırladaq ki, Quliyev 2023-cü ilin fevralından Tovuz klubuna sponsorluq edir.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC