Azərbaycan millisinin 2 boksçusu U-23 Avropa çempionatına qələbə ilə başlayıb

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatına start verilib.

 

Presssport.az xəbər verir ki, 39 ölkədən 276 idmançının qatıldığı yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin hər 2 üzvü qələbə qazanıb.

 

Məhəmmədəli Aşırəliyev (60 kq) 1/16 finalda Georgios Pliasla (Yunanıstan) üz-üzə gəlib.

 

 Boksçumuz rəqibinə 3:2 (28:29, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qalib gəlib. Aşırəliyev ikinci cəhdində ilk mərhələdən azad olan Abdullah Rahalla (İsrail) döyüşəcək.

 

Nicat Alırzayev (70 kq) də adını 1/8 finala yazdırıb. O, startda İdris Ahmed Xlifini (Belçika) üçüncü raundda tam üstünlüklə məğlub edib. Təmsilçimiz növbəti qarşılaşmasında Edqaras Trotenskislə (Litva) gücünü yoxlayacaq.

 

Hər iki görüş noyabrın 18-də baş tutacaq.

 

Qeyd edək ki, çempionata noyabrın 24-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC