Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının matçına təyinat alıb.
Presssport.az-ın məlumatına görə, 31 yaşlı hakim Xorvatiyada yerli "Dinamo" (Zaqreb) və Portuqaliyanın "Benfika" komandaları arasında keçiriləcək III təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.
Ona Namik Hüseynov və Rahman İmami köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını xorvatiyalı Filip Draqaşeviç yerinə yetirəcək.
Xatırladaq ki, "Dinamo" və "Benfika" klublarının U-19 komandalarının oyunu noyabrın 25-də, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC