"Barselona" komandasının Bakıda media üçün açıq məşqinin vaxtı bəlli olub

UEFA Çempionlar Liqasında "Sabah"la üz-üzə gələcək İspaniyanın "Barselona" komandasının Bakıda media üçün açıq məşqinin vaxtı bəlli olub.

 

Presssport.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb.

 

Kataloniya klubunun oyundan əvvəl mətbuat konfransı noyabrın 24-də saat 19:15-də, media üçün açıq məşqi saat 20:00-da start götürəcək.

 

"Sabah"ın mətbuat konfransı eyni gün saat 18:00-da, media üçün açıq məşqi isə saat 18:30-da başlayacaq.

 

Hər iki tədbir Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.

 

Xatırladaq ki, Liqa mərhələsinin V turunun "Sabah" - "Barselona" matçı noyabrın 25-də, saat 21:45-də start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC