"Barselona"nın Bakı planı dəqiqləşdi

“Barselona” Çempionlar Liqasının liqa mərhələsinin beşinci turu çərçivəsində "Sabah"a qarşı Bakıda keçiriləcək səfər oyunu ilə bağlı planlarını dəqiqləşdirib.

 

Presssport.az xəbər verir ki, Kataloniya təmsilçisi oyundan iki gün əvvəl, noyabrın 23-də axşam 21:00-da Bakıya gələcək.

 

Ertəsi gün Bakı Olimpiya Stadionunda "Barselona"nın baş məşqçisi Hans-Diter Flikin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Bu tədbirə isə saat 19:15-də start veriləcək. Bundan 45 dəqiqə sonra isə komanda həmin stadionda son məşqinə çıxacaq.

 

“Sabah” və “Barselona” arasındakı qarşılaşma noyabrın 25-də keçiriləcək və görüşə 21:45-də start veriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC