İtaliya A Seriyasının təmsilçisi "Roma" Türkiyənin "Trabzonspor" klubunda çıxış edən albaniyalı yarımmüdafiəçi Ernest Muçini transfer gündəminə alıb.
Presssport.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, Roma klubu 25 yaşlı hücumameyilli oyunçunun performansını yaxından izləyir və onu heyətinə qatmaq variantını dəyərləndirir.
Hazırda "Transfermarkt" portalı tərəfindən transfer dəyəri 15 milyon avro olaraq göstərilən Muçi Qara dəniz təmsilçisindəki oyunu ilə Avropa klublarının diqqətini cəlb etməyi bacarıb.
İtaliya klubunun qarşıdakı transfer pəncərəsində bu keçidlə bağlı "Trabzonspor" rəhbərliyi ilə rəsmi təmas quracağı istisna olunmur.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC