“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır

“Arsenal”ın kapitanı Martin Edegorun London klubu ilə yeni müqavilə imzalaması gözlənilir.

 

Presssport.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio məlumat yayıb.

 

Məlumata görə, “topçular” 27 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparır. Onun hazırkı müqaviləsi 2027/2028 mövsümünün sonuna qədər qüvvədədir. Lakin klub rəhbərliyi sözləşmənin başa çatmasına bir il qalana qədər gözləmək istəmir.

 

Hər iki tərəfin yeni müqavilədə maraqlı olduğu və razılığın əldə ediləcəyinə inamın yüksək olduğu bildirilir.

 

Qeyd edək ki, Edegor bu mövsüm bütün turnirlərdə “Arsenal”ın heyətində 18 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC