Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Kəpəz” oyununun biletləri satışa çıxarılıb.
Presssport.az xəbər verir ki, bu haqda Tovuz kluunun mətbuat xidməti məlumat yayıb:
"Birbilet.az saytından istəyiniz sektor və yeri seçməklə onlayn şəkildə biletləri əldə edə bilərsiniz. Qiymətlər sektora uyğun olaraq 2, 3 və 5 manat təşkil edir. Şəhid ailələri və qazilərimiz onlar üçün ayrılmış sektora fiziki dəvətnamələri stadionumuzun kassasından ödənişsiz əldə edə bilərlər. Elektron bilet almaqda çətinlik çəkən azarkeşlərimiz isə biletləri stadionun kassasından fiziki şəkildə əldə edə biləcəklər.
Qeyd edək ki, stadiona giriş yalnız fiziki və ya onlayn biletin üzərində olan QR kodu oxutmaqla mümkün olacaq - https://birbilet.az/az/tedbir/turan-tovuz-kepez".
Xatırladaq ki, noyabrın 28-də Tovuz şəhər stadionunda keçiriləcək Qərb derbisi saat 16:30-da başlayacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC