“Səfərdə qələbə qazanmaq xoşdu. Şamaxı şəhər stadionunun bizə düşüb-düşmədiyini demək bir az çətindi”.
Presssport.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Elvin Bədəlov deyib.
"Araz-Naxçıvan" üzərində 3:1 hesablı qələbə qazandıqları Azərbaycan Premyer Liqasının XII turunun oyunundan sonra fikirlərini bölüşən millimizin müdafiəçisi Şamaxıda oynamağın ağır olduğunu vurğulayıb: "Çünki süni ot örtüyündə futbol oynamaq daha çətindi. Bunu topla rəftar zamanı da hiss edirsən. Amma şükürlər olsun ki, qalib gəldik. Əsas olan da budur. Qol buraxmasaydıq, daha yaxşı olardı. Lakin hazırda bizə üç xal lazım idi. Azarkeşlərimizi təbrik edirəm".
Bədəlov "Neftçi"nin yenidən turnir cədvəlinin ilk pilləsinə yüksəlməsinə də münasibət bildirib: "Buna görə xoşbəxtik. İlk növbədə məqsədimiz qış fasiləsinədək liderliyimizi qorumaqdı. Buna inanırıq və bunun üçün çalışacağıq. "Araz-Naxçıvan"la matçda daha yaxşı oynaya bilərdim. Amma əsas qələbədi. Şəxsi performansım elə də önəmli deyil. "Neftçi" ailəsini təbrik edirəm".
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC