“Maaşları 50 faiz azaldılsın!”

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo futbolçuların sıx oyun təqvimindən şikayət etmələrinə münasibət bildirib.

 

Presssport.az İspaniyanın “Sport” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis “Bavariya”nın hücumçusu Harri Keyn və PSJ-nin cinah oyunçusu Dezire Duenin ciddi zədə almaları fonunda bu mövzuya toxunub.

 

Mourinyo futbolçuların yüksək qazanc əldə etmək üçün riskə getməli olduqlarını bildirib:

 

“Düşünürəm ki, pul qazanmaq istəyiriksə, çox çalışmalı və riskə getməliyik. Həyat belədir. Əgər hansısa futbolçu oyunların çoxluğuna görə tətil elan etmək istəsə, ona 50 faiz daha az maaş təklif etmək olar. Maliyyə amili böyük rol oynayır.

 

Biz uyğunlaşmalı və dözməliyik. Yeni və çətin vəziyyətə uyğunlaşmaq məcburiyyətindəyik. Bu gün klub çalışdırıram, sabah isə milliyə rəhbərlik edə bilərəm. Klub məşqçiləri tez-tez sual verirlər: milli komandaların bu qədər oyununa, səfərlərə nə ehtiyac var? Millətlər Liqası kimə lazımdır? Amma milli komandaların məşqçiləri üçün bu turnir, federasiyaların maliyyə vəziyyəti baxımından olduğu kimi, son dərəcə vacibdir.

 

Nəticədə maraqların toqquşması ilə üzləşirik. Amma hər şey gəlib pula dayanır (gülür). Hərçənd seçim imkanım olsaydı, üç gündə bir dəfə oynamağa üstünlük verərdim”.

 

Qeyd edək ki, Harri Keyn baldır nahiyəsində bağların qopması səbəbindən 3 ay, Dezire Due isə dizinin çarpaz bağından aldığı zədə üzündən bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC