Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes İspaniya çempionatında iki matçlıq diskvalifikasiya olunub.

 

Presssport.az xəbər verir ki, "Reuters"in məlumatına görə, 23 yaşlı futbolçu La Liqanın 13-cü turunda “Vilyarreal”la (3:2) oyunda ehtiyat oyunçular skamyasında olarkən birbaşa qırmızı vərəqə alıb. 

 

Lopes Kataloniya klubunun hücumçusu Entoni Qordonun cərimə meydançasında yıxılmasından sonra penalti təyin edilməməsinə etiraz edib.

 

Matçın protokolunda yarımmüdafiəçinin ehtiyat hakimə “İşinə qarışma!” dediyi üçün meydandan qovulduğu qeyd olunub.

 

İspaniya Kral Futbol Federasiyasının Yarışlar Komitəsi futbolçunu iki oyunluq cəzalandırıb. Beləliklə, Lopes “Deportivo” və Madrid “Atletiko”su ilə qarşılaşmaları buraxacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC