Türkiyə nəhəngi Kevin De Bruyneni transfer etmək istəyir

Türkiyənin "Fənərbağça" klubu İtaliyanın "Napoli" komandasının belçikalı ulduzu Kevin De Bruyneni (Kevin De Bruyne) transfer gündəminə daxil edib. 

 

Presssport.az "Sabah Spor" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisinin heyətinə qatmaq istədiyi əsas ulduzlardan biridir.

 

Müqaviləsi mövsümün sonunda başa çatacaq təcrübəli futbolçu üçün "Napoli" rəhbərliyi 7 milyon avro məbləğində transfer qiyməti müəyyənləşdirib.

 

"Sarı-göy"lərin bu keçidi reallaşdırmaq üçün qarşıdakı günlərdə rəsmi addımlar atacağı gözlənilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC