"Bayern" 65 milyon avroluq hücumçu ilə maraqlanır

“Brentford”un hücumçusu İqor Tiaqo karyerasını başqa klubda davam etdirə bilər.

 

Presssport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” 25 yaşlı futbolçunun çıxışını yaxından izləyir. Almaniya klubu bombardiri Harri Keyni zədə səbəbindən itirdiyi üçün hücum xəttini gücləndirmək istəyir.

 

Ancaq Tiaqoya maraq göstərən yeganə klub “Bayern” deyil. “Arsenal” və “Mançester Siti” də onu heyətinə qatmaq niyyətindədir.

 

Braziliyalı forvard 2024-cü ilin yayından “Brentford”da çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2031-ci il iyunun sonuna qədərdir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 65 milyon avro qiymətləndirir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC