“Latsio”nun futbolçusuna göz dikdilər

“Latsio”nun yarımmüdafiəçisi Kennet Teylor bir neçə klubun diqqət mərkəzində olduğunu təsdiqləyib.

 

Presssport.az xəbər verir ki, “CaughtOffside” nəşrinin məlumatına görə, 24 yaşlı niderlandlı futbolçu nümayəndələrinin ona “Nyukasl” və “Yuventus”un marağı barədə məlumat verdiyini bildirib.

 

 Buna baxmayaraq, o, yanvarda Roma klubundan ayrılmağı düşünmür:

 

"Bütün bunlar doğrudur, mənə maraq barədə məlumat veriblər. Amma daha əvvəl də demişəm ki, yanvarda ayrılmaq heç ağlımdan belə keçmir. Burada qalmaq və “Latsio”ya Çempionlar Liqasına qayıtmaqda kömək etmək istəyirəm".

 

Bununla yanaşı, futbolçu yay transfer pəncərəsində komandadan ayrılmaq ehtimalını istisna etməyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC