UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda "Barselona"ya (İspaniya) məğlub olub.

 

Presssport.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaqlar 4:1 hesablı qələbəyə seviniblər.

 

La Liqa təmsilçisinin heyətində Entoni Qordon (31, 51), Karim Adeyemi (55) və Qabriel Jezus (60) fərqləniblər.

 

Azərbaycan çempionunun yeganə qolu isə Coy Lens Mikelsin (63) adına yazılıb.

 

Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində növbəti görüşünü dekabrın 8-də səfərdə digər İspaniya təmsilçisi "Vilyarreal"a qarşı keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC