Gəncə komandasının prezidenti hakimi təhqir etdiyi üçün 8 oyunluq cəza alıb

AFFA Region Liqasında çıxış edən "Veteran Tankçılar Gəncə" komandasının prezidenti Hacıbaba Əzimov səkkiz oyunluq cəza alıb.

 

Presssport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.

 

Buna funksionerin "Göyəzən"lə oyundan sonra hakimlər otağına daxil olaraq onları təhqir etməsi səbəb olub. H.Əzimov qarşıdakı 8 matça buraxılmayacaq.

 

Bundan əlavə, "Veteran Tankçılar Gəncə"nin futbolçusu Sahib Gümşüdov qarşılaşmanın 42-ci dəqiqəsində qeyri-idman hərəkəsinə görə ikinci sarı vərəqə alıb. O, daha sonra rəqib futbolçunu vuraraq təhqir etdiyi üçün 7 oyunluq diskvalifikasiya olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC