Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi 2026/2027 mövsümündə Avropa çempionatının I seçmə mərhələsinə məğlubiyyətlə start verib.
Presssport.az-ın məlumatına görə, B Liqasının 3-cü qrupunda yer alan yığma səfərdə Serbiya komandası ilə üz-üzə gəlib.
Stara Pazova şəhərində yerləşən Serbiya Futbol Assosiasiyasının İdman Mərkəzinin 1-ci meydançasında təşkil olunan görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-19 qrupda növbəti matçlarını noyabrın 29-da Şimali Makedoniya, dekabrın 2-də isə Monteneqro seçmələrinə qarşı keçirəcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC