CEV Çelenc Kuboku: "DH Volley" 1/16 final mərhələsindəki ilk matçında Polşa klubuna uduzub

Azərbaycanın qadın voleybolçulardan ibarət "DH Volley" komandası CEV Çelenc Kubokunda növbəti oyununa çıxıb.

 

Presssport.az-ın məlumatına görə, 1/16 final mərhələsinin ilk matçında Polşa təmsilçisi LKS-ni qəbul edən Durval De Santana Nunyesin baş məşqçisi olduğu kollektiv rəqibinə uduzub - 0:3 (13:25, 18:25, 22:25).

 

Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.

 

Xatırladaq ki, "DH Volley" əvvəlki raundda Danimarkanın "Holte IF" klubunu məğlub edib - 3:1, 3:0.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC