Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Presssport.az xəbər verir ki, ilk olaraq "Sabah" və "Xırdalan" görüşəcək.
"Sərhədçi" İdman Mərkəzindəki qarşılaşma saat 19:30-da başlayacaq.
Tərəflər arasında ikinci oyun mayın 10-da reallaşacaq. İki matçın yekununda bərabərlik olarsa, 3-cü duel mayın 13-də baş tutacaq.
Onu da bildirək ki, bugünkü görüşdə azarkeşləri uduşlu viktorina gözləyir. Belə ki, Azərbaycan Basketbol Federasiyası və “Sabah”ın sponsoru “Azərlotereya”nın dəstəyi ilə keçiriləcək müsabiqə çərçivəsində zala daxil olan azarkeşlərə girişdə kupon təqdim olunacaq. İlk qısa fasilədə lototron vasitəsilə 3 iştirakçı seçiləcək. Daha sonra böyük fasilədə 3 iştirakçı hər biri 3 dəfə olmaqla özünü 1 xallıq atışlarda sınayacaq.
Ən çox xal toplayan iştirakçı sponsordan “Samsung Galaxy” telefonu qazanacaq. Digər iki iştirakçıya “Sabah” Basketbol Klubunun brend olunmuş hədiyyələri təqdim olunacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC