"Revanş hissi ilə alışıb-yanırdım" - Avropa çempionu olan güləşçimiz

"Revanş hissi ilə alışıb-yanırdım. Turnirin qalibi olmaq üçün əlindən gələni etdim. Ardıcıl 3-cü dəfə finala çıxırdım. Bunlardan 2-də qalib olmuşdum. Keçən ilsə U-23 Avropa və dünya çempionatlarında həlledici görüşdə moldovalı rəqibə uduzmuşdum". 

Presssport.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Xasay Həsənli (77 kq) deyib.

İdmançımız finalda qarşılaşdığı türkiyəli həmkarı Yüksəl Sarıçiçeyiyə 2 dəfə uduzduğunu xatırladıb: “Əvəz çıxmaq üçün ən gözəl yer “doğma divarlar” idi. Azarkeşlərin önündə istəyimə nail oldum. Yarışdan öncə bütün taktikanı bu 2 rəqibə görə qurmuşdum. Qələbəyə görə çox şadam. Üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.

Həsənli çempionluğu yeni doğulan bacısı oğluna və hərbi xidmətdə olan ən yaxın dostu Elcan Məmmədova həsr etdiyini açıqlayıb: "Finaldan öncə özümə inamım çox idi. Arzum budur ki, böyüklərdə də yüksək nəticələr qazanım. Məşqləri daha da artıracam”.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC