Azərbaycan millisinin Albaniya yığmasıyla hazırda davam edən yoldaşlıq görüşündə hər iki komanda üçün tanış sima var.
Presssport.az xəbər verir ki, bu, hər 2 yığmanı çalışdırmış Canni de Byazidi.
Belə ki, təcrübəli italiyalı mütəxəssis qarşılaşmanı izləmək üçün Macarıstana gəlib və hazırda “Haladaş Arena”da yer alıb.
Xatırladaq ki, de Byazi 2020-23-cü illərdə millimizə başçılıq edib. Onun gedişindən sonra yeni baş məşqçi təyinatı olmayıb və köməkçisi Arif Əsədov komandaya müvəqqəti rəhbərlik edir. İtaliyalı məşqçi 2011 - 17-ci illərdə isə Albaniya yığmasına çalışdırıb və onu tarixində ilk dəfə final mərhələsinə - AVRO-2016-ya çıxarıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC