Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa”nın daha bir futbolçusu zədələnib.
Presssport.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Artur Jorje mətbuat konfransında bildirib.
Belə ki, onun sözlərinə görə, müdafiəçi Adrian Marin sol dizindən xəsarət alıb. Onun 3-4 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. Bu isə o deməkdir ki, Marin “Qarabağ”la fevralın 15-də və 22-də keçiriləcək qarşılaşmalarda oynamayacaq.
Xatırladaq ki, “Braqa”nın hücumameyilli yarımmüdafiəçisi Bruma da zədə səbəbindən "Qarabağ"la görüşləri buraxacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC